Əvvəlcə nitq mədəniyyətinin gənclərin şəxsi inkişafında, ünsiyyət bacarıqlarının formalaşmasında, fikirlərin düzgün və aydın ifadə edilməsində, eləcə də ictimai çıxışlarda özünəinamın artırılmasında əhəmiyyətindən bəhs edilib.
Sonra Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi, Prezident mükafatçısı Nəsimi Məmmədzadənin təqdimatında ustad dərsinə başlanılıb. İnteraktiv formada təşkil olunan məşğələdə iştirakçılara düzgün nəfəsalma və səs texnikaları, səsin idarə olunması, sözlərdə vurğunun düzgün müəyyənləşdirilməsi, intonasiya və fasilələrdən yerində istifadə, diksiya, artikulyasiya, auditoriya qarşısında çıxış və səhnə davranışı ilə bağlı nəzəri və praktiki biliklər verilib, müxtəlif nitq və səs məşqləri yerinə yetirilib.
Məqsəd gənclərin kommunikasiya və özünüifadə bacarıqlarını inkişaf etdirmək, onların ictimai və sosial fəaliyyətlərdə daha fəal iştirakına dəstək olmaqdır.